Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Van Çen Gürcüstan parlamenti sədrinin birinci müavini ilə videogörüş keçirib

12 dekabr 2022-ci il tarixində Çin Xalq Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Van Çen Gürcüstan parlamenti sədrinin birinci müavini Giorgi Volski ilə videogörüş keçirib.

Van Çen bildirib ki, bu il Çin və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunur və prezident Si Cinpin və prezident Zurabişvili bir-birinə təbrik mesajları göndərərək, ikitərəfli münasibətlərin inkişaf istiqamətlərini bir daha qeyd ediblər.

O qeyd edib ki, Ümumçin Xalq Nümayəndələri Məclisi (ÜXNM) Gürcüstan parlamenti ilə mübadilələri gücləndirməyə, iki ölkə arasında müxtəlif sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün qanunverici orqanların işinə töhfə verməyə hazırdır.

Volski öz növbəsində bildirib ki, Gürcüstan Çinlə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. O vurğulayıb ki, Gürcustan parlamenti Ümumçin Xalq Nümayəndələri Yığıncağı (ÜXNM) ilə əməkdaşlığı gücləndirməyə və ikitərəfli əlaqələrin inkişafında fəal rol oynamağa hazırdır.