«Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələrinin inşasını artıq başa çatdırmışıq və onlar açılışa tam hazırdır. Daha bir neçə xarici investorla iş aparılır».
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyt naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bildirib.
Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye parkında yerləşən, Çin investoruna məxsus “Azərbaycan Vanhong Ceramics Co.” zavodunda 400 iş yerinin yaradılması nəzərdə tutulur. «İldə 18,5 milyon kvadratmetr keramik plitə istehsal edəcək müəssisə təməlqoyma üçün tam hazır vəziyyətdədir».